Sürücü traktoru Türkiyə parlamentinə sürdü - Polislər dayandıra bilmədilər

16 Oktyabr 2018 11:17

Türkiyə Böyü Millət Məclisinin (TBMM) qarşısında həyəcanlı anlar yaşanıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Ankarada polis TBMM-nin qarşısında dayanmayan traktora bir neçə dəfə atəş açıb.

Sürücü polislərə əhəmiyyat vermədən traktoru dayandırmayıb və Atatürk bulvarı istiqamətində sürüb.

Hazırda ərazidə əməliyyat davam etdirilir. Sürücünün kimliyi müəyyənləşdirilir.

Emin
Milli.Az