"Kosovo qrup lideri olacaq" - Millimizi məyus edən futbolçu

15 Oktyabr 2018 17:24

"Azərbaycana qarşı son 2 ildə 4 oyun keçirmişik. Rəqibimiz güclü və çətin komandadır".

Milli.Az xəbər verir ki, bu sözlər Millətlər Liqasında yığmamızla 1-1 hesablı heç-heçə edən Malta millisinin yarımmüdafiəçisi Rouen Muskat deyib. Oyunda hesabı açan Muskat millimizi Kosovo ilə eyni səviyyədə hesab edib:

"Komanda şəklində oynayıb, xal qazandıq. Millidə ilk qoluma imza atmaq sevindirici oldu. Azərbaycanla Kosovo eyni səviyyədədirlər. Ancaq Kosovonun qrupda qalib olacağını düşünürəm".

Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Milli.Az