"Qəbələ"nin futbolçusu oynadı, Albaniya məğlub oldu

15 Oktyabr 2018 15:40

Albaniya yığması UEFA Millətlər Liqasında növbəti matçını keçirib.

Milli.Az xəbər verir ki, "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilayın formasını geyindiyi sözügedən komanda C Liqasının 3-cü qrupu çərçivəsində səfərdə İsraillə qarşılaşıb. Bu görüşdə meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.

Lilay hesab 0:1 olarkən, 46-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, Albaniya yığması 3 oyundan sonra 3 xalla qrup sonuncusudu.

Milli.Az