Hadisə 3 aydan sonra bacısı ilə barışdı

15 Oktyabr 2018 12:52

Hadisə anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları Hülya və Derya ile küsmüş, birlikdə işləməmək qərarı almışdı. 

Milli.Az axşam.az-a  istinadən xəbər verir ki, ailə arasında yaşanan qalmaqalın üzərindən 3 ay keçib. İlk barışıq addımı müğənninin stilisti olan bacısı Deryadan gəlib.

Derya İnstaqramda bacısı Hadisenin fotosunu paylaşaraq "Bacım mənim" şərhini yazıb. Hadise də onun bir şəklinin altından "Sevirəm səni" sözlərini yazıb.

Milli.Az