Yerevanda azarkeşlər və polis arasında qarşıdurma baş verib - FOTO

14 Oktyabr 2018 09:28

UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Ermənistan Cəbəllütariq yığmasına məğlub olandan sonra azarkeşlər və polis arasında qarşıdurma baş verib.

Milli.Az bildirir ki, bu barədə Trend erməni KİV-lərə istinadən xəbər verir.

Qeyd edək ki, FIFA reytinqində 198-ci yerdə olan Cəbəllütariq komandası Ermənistana 0:1 hesabı ilə qalib gəlib.

Milli.Az