Somalidə partlayışlar nəticəsində 16 nəfər ölüb

14 Oktyabr 2018 09:22

Somalinin cənub-qərbində, Baydabo şəhərində iki partlayış nəticəsində 16 nəfər ölüb.

Trend-in "Frans Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 20 nəfər yaralanıb.

Qeyd olunur ki, birinci partlayış şəhərin əsas küçəsinin yaxınlığında yerləşən restoranda, ikinci partlayış isə kafedə baş verib. Partlayıcı qurğular intiharçı-terrorçular tərəfindən işə salınıb.

Milli.Az