Neft emalı zavodunda partlayış nəticəsində ölənlərin sayı 24-ə çatıb

14 Oktyabr 2018 09:00

Nigeriyada neft emalı zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı 24-ə çatıb. Daha öncə 16 nəfərin öldüyü bildirilirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, 14 nəfər Emeimo yaşayış məntəqəsində, daha 10 nəfər isə Umuduruda ölüb.

İlkin məlumatlara əsasən, partlayış təmir işləri aparıldığı yerdə, sızma səbəbindən baş verib.

Milli.Az