“Chandra” teleskopunun qurğusu sıradan çıxıb

13 Oktyabr 2018 21:31

NASA-nın "Chandra" teleskopunun hiroskopu sıradan çıxıb. Mühəndislər teleskopu təhlükəsiz rejimə keçirməli olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  "Chandra" teleskopu günəş batareyalarının maksimum işıqlandırıldığı, optikası isə Günəş istiqamətindən çevrilmiş vəziyyətdədir. NASA-nın məlumatında bildirilir ki, təhlükəsiz rejimə keçidin (güman ki, hiroskopla bağlı) səbəbləri araşdırılır. Eyni zamanda, bütün sistem işləyir, tədqiqat alətləri qaydasındadır. On doqquz ildir fəaliyyət göstərən "Chandra" teleskopunun istifadə müddəti 5 ildir başa çatıb.

Bundan əvvəl NASA nəhəng "Hubble" teleskopunun sınması barədə məlumat yaymışdı. Həmin teleskopda da üç hiroskopdan biri sıradan çıxıb. Operatorlar problemi aradan qaldıranadək teleskop sabit konfiqurasiyada saxlanılacaq.

Milli.Az