Əfqanıstanda toyda partlayış törədilib - 6 ölü

13 Oktyabr 2018 15:29

Əfqanıstanın şərqindəki Loqar əyalətində toy mərasimi zamanı partlayış törədilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayıcı qurğu musiqiçilərin oturduğu səhnənin altında quraşdırılıb.

Polisin ilkin ehtimalına əsasən, hadisəyə qan düşmənçiliyi səbəb olub.

Partlayışın təfərrüatları ilə bağlı araşdırma aparılır.

Milli.Az