Kaşıkçıya görə Qərb-Səudiyyə Ərəbistanı münasibətləri GƏRGİNLƏŞİR

13 Oktyabr 2018 17:36

İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna girdikdən sonra yoxa çıxan "The Washington Post"nəşrinin əməkdaşı Camal Kaşıkçı böhranı daha da dərinləşib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Hollywood"dan da məsələyə reaksiya gəlib.

Bu məsələ ilə əlaqədar tanınmış aktyor Cerard Batler Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyada səfərini ləğv edib.

Bundan əvvəl də bir sıra Qərb şirkətləri bu ölkədəki fəaliyyətlərinə bir daha baxmağa başlayıb.

Qərb şirkətlərinin bu  addımı isə karllığı pis vəziyyətdə qoyub. Belə ki, hazırki rəhbərlik ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq məqsədi ilə bu cür şirkətləri ölkəyə cəlb etmək üçün onlara böyük səlahiyyətlər verirdi.

Qeyd edək ki, jurnalist Camal Kaşıkçı Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna sənədlər üçün çağırılıb. Jurnalistdən konsulluq binasına girdikdən sonra bir daha xəbər alınmayıb. Konsulluq əməkdaşları onun binanı tərk etdiyi iddia etsələr də, Türkiyə kəşfiyyatı onun binada vəhşicəsinə öldürüldüyüdən şübhələnir.

İddialara görə, Kaşıkçı Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən mişarla doğranın və onun cəsədi hissələr şəklində konsulluqdan çıxarılıb.

Bununla yanaşı, ABŞ kəşfiyyatı da krallıq səlahiyyətlilərinin onu ələ keçirmək üçün planlar qurduqlarının səs yazısını əldə edib.

Milli.Az