Panama bayrağı altında üzən teploxod batıb, içində Azərbaycan vətəndaşları da var

13 Oktyabr 2018 16:04

Qara dənizdə Panama bayrağı altında metal tullantılar daşıyan teploxod batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gəminin heyət üzvləri xilas edilib.

Qeyd olunur ki, 8 nəfər xilas edilərək Novorossiyskə yollanan tankerə keçirilib.

Heyət üzvlərindən ikisi Türkiyə, altısı Azərbaycan vətəndaşıdır.

Teploxodun bütün ekipajı - iki Türkiyə və altı Azərbaycan vətəndaşı xilas edilib. Yunanıstan bayrağı altında üzən tanker onları Novorossiyskə çatdırıb.

"Rosmorreçflot"dan verilən məlumata görə, xlas edilən dənizçilərin həyatları və sağlamlıqları üçün təhlükə yoxdur.

Milli.Az