Həbib Nurməhəmmədov "Qalatasaray"ın təklifini qəbul etdi

13 Oktyabr 2018 14:49

UFC çempionu Həbib Nurməhəmmədov "Qalatasaray"ın təklifini qəbul edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, idmançı "cim bom" rəhbərliyinin dəvətinə müsbət cavab verib. O, "Qalatasaray"ın Çempionlar Liqasında "Şalke" ilə keçirəcəyi oyunu stadionda canlı izləyəcək.

Qeyd edək ki, "Qalatasaray"  - "Şalke" matçı 24 oktyabr tarixində "Türk Telekom Stadionu"nda baş tutacaq.

Elçin
Milli.Az