Azərbaycanın keçmiş polis məmurunun oğlu "qız alveri" edir - ŞOK İDDİA - VİDEO - FOTO

13 Oktyabr 2018 13:31

Hacıyev Elçin Elşad oğlu adlı gəncin 1 ildir Dubayda yoxa çıxmasında əsas şübhəlilərdən biri, illərdir onunla BƏƏ-də dostluq edən Teymur adlı dostu göstərilir.

Ana yoxa çıxan oğlunun nə işlə məşğul olduğunu eşidincə ŞOKA DÜŞDÜ - VİDEO

Milli.Az xəbər verir ki, bu barədə "Səni axtarıram"da Elçinin anası Xanım ana bildirib.

Proqrama çıxmaqdan imtina edən və Elçinin yoxa çıxmasından sonra Bakıda təcili əməliyyat olunun Teymur bütün şübhələri üzərinə çəkib. 

Bununla bağlı Elçinin anası sözügedən proqramda Azərbaycan Hüquq mühafizə orqanları və aidiyyatı qurumları idarə edən nazirlərdən oğlunun cinayətinin üstünün açılması üçün gözyaşı içində kömək istəyib.

Aparıcı Xoşqədəm Hidayətqızı isə Teymurun atasının vaxtı ilə hansı vəzifədə çalışdığı barədə etdiyi açıqlama ilə hər kəsi təəccübləndirib. Aparıcı, atasının Hüquq mühafizə orqanlarının keçmiş yüksək vəzifəli məmuru olduğu deyilən Teymurun Dubayda "qız alveri", qanunsuz nakotik ticarəti, fırıldaqçılıq kimi çirkin əməllərdə adının hallandığını qeyd edib.

Qeyd edək ki, Xoşqədəm Teymurun atasının adını gizli saxlayıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanın keçmiş polis məmurunun oğlu

Azərbaycanın keçmiş polis məmurunun oğlu