"Məhərrəmlik ayı bitən kimi toydur" - Ülviyyə və Murad açıqladı

13 Oktyabr 2018 17:16

Bir müddət əvvəl nişanlanan cütlük - Ülviyyə Xəlilbəyli və Murad İsmayıl toya hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorlar bu haqda "Zaurla Günaydın" verilişində deyib. Onlar bildirib ki, toy noyabrda keçiriləcək.

Dəqiq tarixi açıqlamağa çəkinən Ülviyyə və Murad nəzərdən qorxduğunu söyləyib:

"Məhərrəmlik ayı bitən kimi toydur. Bu qədər az vaxt qalıb. Toy noyabrın 26-da olacaq ".

Qeyd edək ki, Murad və Ülviyyə "Vicdan haqqı" serialında tanış olub və bir-birini sevib. Avqustda cütlüyün nikah mərasimi baş tutub.

Milli.Az