"Türkiyəyə qarşı sanksiya davam edəcək?" sualına Trampdan reaksiya

13 Oktyabr 2018 12:39

"Bransonun azad edilməsi ilə bağlı hər hansı razılaşma olmayıb".

Milli.Az bildirir ki, Donald Trampın bu sözlərini Türkiyə mətbuatı "Türkiyəyə qarşı sanksiya davam edəcək?" sualına cavab kimi qiymətləndirib.

Dünən azadlığa buraxılmış ABŞ vətəndaşı, keşiş Endryu Branson bu gün Ağ Evdə Birləşmiş Ştatların prezidenti Donald Trampla görüşəcək.

Xatırladaq ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Bəxtiyar Umarlı
Milli.Az