Anasının ölüm xəbərini alan futbolçu əvəzləndi - VİDEO

13 Oktyabr 2018 14:39

Argentina millisi ilə yoldaşlıq oyununda anasının ölüm xəbərini alan İrak yığmasının futbolçusu Bəşər Rasan əvəzlənib.

Milli.Az report.az-a istinadən bildirir ki, məşqçilər korpusu futboçuya anasının vəfat etdiyini bildiriblər və onu 70-ci dəqiqədə əvəzləyiblər. Rasan dərhal stadionu tərk edib.

Qeyd edək ki, oktyabrın 11-də Səudiyyə Ərəbistanında baş tutan matç Argentinanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Anasının ölüm xəbərini alan futbolçu əvəzləndi