Çəkilişdə aktyorun ayağı sındı - FOTO

13 Oktyabr 2018 17:24

Türkiyəli aktyor Cem Özerin "İstasyon" filminin çəkiliş meydançasında başına iş gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Balmahmut kəndində olan kino qəhrəmanı ssenariyə uyğun olaraq çuxura tullanıb.

Bu zaman tanınmış aktyorun sağ ayağı iki tərəfdən sınıb. Hadisə yerinə təcili tibbi yardım xidməti çağırılıb.

Cem Özer xəstəxanaya aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin yaxşı olduğu qeyd edilir.

Milli.Az