Kommersiya hüquqi şəxslərin təsisçiləri, nizamnamə kapitalındakı payları qaydası təsdiqlənib

13 Oktyabr 2018 08:34

Nazirlər Kabineti "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası"nı təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası" təsdiqlənib.

Xatırladaq ki, Nazirlər Kabineti bir neçə gün əvvəl "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə də bir sıra əlavələr edib.

Milli.Az