"Formula 1"-in çempionu cərimələnib

13 Oktyabr 2018 08:14

Finlandiyanın "Ferrari" komandasının 2007-ci ildə "Formula 1" yarışında qalibi olmuş Kimi Raykkonen İsveçrədə törətdiyi yol qəzasına görə cərimə edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, İsveçrənin Bar şəhərinin məhkəməsi idmançını bu ilin mayında baş verən yol qəzasına görə cəzalandırıb.

Məlumata görə, 38 yaşlı idmançı manevr zamanı idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında dayanmış avtomobilə çırpıb. Məşhur idmançı bu qayda pozuntusuna görə, 350 İsveçrə frankı, ümumilikdə isə 7900 avro ödəməlidir.

Raykkonen "Formula 1" yarışında 20 dəfə qalib olub.

Yeri gəlmişkən qeyd edək ki, artıq 4-cü ildir ki, "Formula 1" yarışı Bakıda keçiriləcək.

Milli.Az