Kadırovdan gözlənilməz təklif

13 Oktyabr 2018 08:33

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi "Axmat" futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib.

"Mən "Axmat" klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər. Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərə normal həyata dönməyə kömək etməkdir", - deyə o vurğulayıb.

Milli.Az