"Qəbələ"nin legioneri 90 dəqiqə oynadı

13 Oktyabr 2018 07:46

"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun
seçmə mərhələsində meydana çıxıb. O, D qrupunun III turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib - 1:1.

Xatırladaq ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü pillədə qərarlaşıb.

Milli.Az