Türkiyədə yaşayan minlərlə azərbaycanlının problemi həll olunur - VİDEO

12 Oktyabr 2018 22:19

Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlıların problemləri həll edilir. Uzun zamandır bu ölkədə yaşayan azərbaycanlar sənədləri qaydasında olmadığına görə müəyyən məhdudiyyətlərlə üzləşiblər. Türkiyə mətbuatının məlumatına görə bu ölkədəki Azərbaycanıların sayı 100 minə yaxındır.

Milli.Az bildirir ki, artıq problem həllini tapmaq üzrədir. Belə ki, şəxsiyyətini təsdiqləyən heç bir sənədi olmayan vətəndaşların qeydiyyatı aparılır. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev açıqlamasında məsələnin mərhələli şəkildə həllini tapacağını bildirib.

Onu da qeyd edək ki, baş konsulluq problemin həlli üçün gücləndirilmiş iş rejmində çalışır.

Konsulluq həftə içi hər gün səhər 9-dan saat 1-ə qədər sənədlərin qəbulunu, saat 3-5 arası isə sənədlərinin təhvilini həyata keçirir. Konsulluğun rəsmi saytında ətraflı məlumatlar da yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə məsələ ilə bağlı konsulluq xidməti tərəfindən ciddi işlər aparılır və Türkiyə tərəfi də bu işdə lazımı dəstəyi göstərir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədə yaşayan minlərlə azərbaycanlının problemi həll olunur