"İnter" Modriçdən imtina etdi

12 Oktyabr 2018 21:18

İtaliyanın "İnter" klubunun idman direktoru, Pyero Ausilio komandasının növbəti transfer pəncərəsi üçün planlarını açıqlayıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Ausilio öz açıqlamasında bildirib ki "Real Madrid"in xorvatiyalı ulduzu Luka Modriçi transfer etməyəcəklər.

"Bizim güclü heyətimiz var. Biz hazırda yeni oyunçular axtarışındayıq, bir çox oyunçular var ki onların hər oyununu izləyirik. Modriç transferi bizə lazım deyil, bizə hansı oyunçu lazım olduğunu biz bilirik. Bizim əsas məqsədimiz keyfiyyətli futbolçu transfer etməkdir", - Ausilio deyib.

Xatırladaq ki, yay transfer pəncərəsində "İnter" Luka Modriç üçün bir neçə təklif göndərsədə, "Real Madrid"in prezidenti Florentino Perez xorvat futbolçunu satmaqdan imtina etmişdir.

Milli.Az