Türkiyə hökumətindən Branson açıqlaması...

12 Oktyabr 2018 21:12

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması ilə bağlı açıqlama verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Altun Türkiyənin demokratik hüquq dövləti olduğunu bildirib.

"Bu qərar Türkiyədə məhkəmənin müstəqil və tərəfsiz olduğunu ortaya qoydu", - deyə PA rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün E.Branson məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Onun yaxın zamanda vətəni ABŞ-a gedəcəyi gözlənilir.

Milli.Az