Vaşinqton edam cəzasını ləğv etdi

12 Oktyabr 2018 20:08

ABŞ-ın paytaxtı Vaşinqtonda edam cəzası ləğv edilib, Qafqazinfo xəbər verir. 

Milli.Az bildirir ki, bununla da Vaşinqton bu cəzanın ləğv edildiyi 20-ci ştat olub. Ölüm hökmünü gözləyən 8 nəfər məhkumun cəzası ömürlük həbslə əvəz edilib. 

Qeyd edək ki, təkcə ötən il ABŞ-da 28 nəfər edam olunub. Vaşinqtonda isə 2010-cu ildən etibarən heç kəs ölüm hökmünə məhkum edilməyib.

Milli.Az