Donald Tramp azadlığa buraxılan keşişlə bağlı münasibət bildirdi

12 Oktyabr 2018 18:40

"Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması ilə bağlı İzmir məhkəməsinin qərarına münasibət bildirərkən yazıb.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Milli.Az