Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında - FOTO

12 Oktyabr 2018 18:24

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

MN-dən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda müdafiə nazirləri cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə ediblər.

Milli.Az