Məşhur futbolçu karyerasını bitirdi

12 Oktyabr 2018 18:16

Yunanıstan millisinin və "Seltik"in sabiq futbolçusu Georgios Samaras futbolçu karyerasını bitirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

Samaras karyerası ərzində "Seltik", "Mançester Siti", "Vest Bromviç" kimi klublarda forma geyinib. 33 yaşlı futbolçu son olaraq Türkiyənin 1-ci liqa təmsilçisi "Samsunspor"un şərəfini qoruyub.

Samaras 81 dəfə Yunanıstan millisinin formasını geyinib.

Milli.Az