Almeyda Serxio Ramosu qabaqladı

12 Oktyabr 2018 17:56

Millətlər Liqasının III turunun ilk oyun günündən sonra statistik göstəricilər açıqlanıb. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeyda turnirdə ən çox ötürmə verən futbolçudur. Milliləşən braziliyalı futbolçu 215 ötürmə verib.

Onun ən yaxın izləyicisi ispaniyalı Serxio Ramos 204 ötürmə verib. "200" səddini keçən 3-cü futbolçu da yığmamızın təmsilçisidir. Qara Qarayevin hesabında 201 ötürmə var.

Milli.Az