Gürcüstanda çətənə festivalı keçirilə bilər

12 Oktyabr 2018 19:16

Gürcüstanda keçiriləcək prezident seçkilərində "Qirçi" partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir i, müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır. 

"Qirçi" partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib. 

"Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm", - Caparidze bəyan edib. 

Qeyd edək ki, "Qirçi" partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib. 

Milli.Az