“Qardaşımı dostu öldürdü” - Əməkdar artist efirdə göz yaşına boğuldu - VİDEO - FOTO

12 Oktyabr 2018 19:00

Mən çox istiyərdim ki, qardaşım yanımda olsun. Qardaş mövzusu mənim yaralı yerimdir. Onu 25 yaşında çox cavan itirdik.

Milli.Az xəbər verir ki, bu sözləri ARB TV-nin "Səhər-Səhər" proqramına qonaq olan əməkdar artist Nahidə Orucova deyib. 

Əməkdar artist daha sonra göz yaşları içində qardaşının dəhşətli ölüm səbəbindən danışıb:

"Böyüklə böyük, kiçiklə kiçik idi. Ailə dostumuz ondan pul istəyib. O isə olmadığı üçün yox deyib. Həmin adam gecə qardaşımın yanına gedib və yatdığı yerdə butulkanın arxası ilə vurub. Yatan yerdə heç ilan adama yaxın gəlməz". 

Qəhərdən boğulan əməkdar artistə efirə qonaq olan müğənni Rahidə Baxışova təsəlli verib.

Müğənni 2 qardaşını itirməsindən söz açaraq Nahidə Orucovanı yaxşı başa düşdüyünü bildirib:

"Mən qardaş itkisinin nə demək olduğunu bilirəm. Allah səbr versin. Mən də 2 qardaş itkisi yaşamışam. Ailədə 4 uşaq idik. İki qardaş və iki bacı. Qardaşlarımdan biri ürək çatışmazlığından, biri isə insult keçirərək həyatını itirdi. 10 il fərqlə, biri 25, digəri isə 35 yaşında...".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin: