Bank Respublika Əmanət təminatı ilə sərfəli kredit təklif edir

12 Oktyabr 2018 13:20

Planlarınızın həyata keçirilməsi üçün Sizə təcili pul lazımdır? Siz özünüz müəyyən qədər pul yığıbsınız, amma onu sərf etmək istəmirsiniz, əksinə qoruyub saxlamaq və artırmağa can atırsınız?

Bank Respublikası bununla bağlı Sizə effektiv həll yolu təklif edir - Əmanət təminatı ilə kredit!

Bank Respublikada əmanət açmaqla Siz, mümkün qədər qısa vaxtda əlverişli şərtlərlə istənilən məqsədlər üçün kredit və kredit xəttini rəsmiləşdirə bilər, eləcə də əmanət üzrə sabit faizləri saxlaya bilərsiniz. Kreditin maksimal məbləği əmanət məbləğinin 85% təşkil edir, kredit müddəti isə əmanət müqaviləsinin müddətinə bərabərdir.

Əmanətlə təminatı ilə krediti "Bank Respublika"nın istənilən filialında rəsmiləşdirmək mümkündür. Kredit həm manatda həm də də xarici valyutada komissiyasız verilir.

Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 2459144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

Həmçinin, müştərilər Mobil Şöbə vasitəsilə aylıq kredit borclarını və istənilən digər ödənişlərini AvtoÖdəniş sisteminə qoşularaq rahat şəraitdə həyata keçirə bilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.