Alla ucuz marketdən bazarlıq etdi - Hamı ondan danışdı - FOTO

12 Oktyabr 2018 14:05

Rusiyanın xalq artisti Alla Puqaçevanın ucuz marketlər şəbəkəsindən bazarlıq etməsi müzakirələrə səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Moskavada kasıb insanlar üçün nəzərdə tutulan mağazada olub. 

Oğlu Qarri ilə alış-veriş edən sənətçinin şəklini bir nəfər çəkərək İnstaqram-da yayıb. Kifayət qədər sərvəti olan "Primadonna"nın bu addımı marağa səbəb olub. 

Məsələyə İnstaqram-da ifaçının əri Maksim Qalkin də reaksiya verib. "Dünən Alla və Qarrinin şəklini kimsə çəkib. Fanatları da öz səhifələrində paylaşmağa başlayıblar. Arvadım hara getsə, onun barədə foto-hesabat hazırlayırlar. Onların sayəsində xəbərsiz qalmayacam", - Qalkin bildirib. 

Milli.Az