"Emmi" mükafatının sahibi çəkiliş zamanı eyvandan yıxılaraq ölüb

12 Oktyabr 2018 21:27

Nüfuzlu "Emmi" mükafatının sahibi olan Ceyms Emsviller "Dostumsan" filminin çəkilişləri zamanı ölüb.

Milli.Az "report"-a istinadən bildirir ki, Pitsburq şəhərindəki çəkilişlər zamanı siqaret çəkmək üçün eyvana çıxan 61 yaşlı işıqçı oradan aşağı yıxılıb. C.Emsviller dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C.Emsviller 2015-ci ildə "Bessi" filmindəki çalışmalarına görə "Emmi" mükafatına layiq görülmüşdü.

Milli.Az