Pakistan ABŞ-ın nüvə sazişindən çıxmasını tənqid etdi

12 Oktyabr 2018 12:16

Pakistan ABŞ-ın İranla 5+1 qrupu arasında əldə olunmuş Hərtərəfli Birgə Fəaliyyət Planından çıxmasını tənqid edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd Feysəl deyib ki, Birləşmiş Ştatlar Hərtərəfli Birgə Fəaliyyət Planını tərk etdiyi vaxtdan İran həmin sazişin müddəalarına sadiq qalıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də öz hesabatlarında bu rəyi təsdiqləyib.

Pakistan XİN-nin mətbuat katibi əlavə edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planı bütün beynəlxalq münaqişə və ixtilafların həlli üçün münasib örnəkdir:

"Çünki sənəd diplomatiya prinsiplərinə və siyasi dialoqa əsaslanır".

Milli.Az