ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edildi

12 Oktyabr 2018 12:07

ABŞ-ın şimal-qərbində yerləşən Vaşinqton ştatının Ali Məhkəməsi əyalətdə ölüm hökmünün ləğv olunması haqqında qərar qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

2014-cü ildə ştatda ölüm hökmünün icrasına moratorium qoyulmuşdu.

Qeyd edək ki, ABŞ-ın 50 ştatından 30-da ölüm hökmü hələ də qüvvədədir. 

Milli.Az