"Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq" - Rüfət Dadaşov

12 Oktyabr 2018 10:50

Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov deyib.

Hücumçu oyuna nəzarətin millimizin tərəfində olduğunu söyləyib:

"Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli olan mənim qol vurmağım deyil. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik".

Dadaşov sonuncu qolda etdiyi məhsuldar ötürmədən də danışıb:

"Dəqiq bilirdim ki, Nazarov həmin mövqeyə açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı biz peşəkarıq. Kosovolulara çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".

Milli.Az