Rusiyalı futbolçular həbs olundular

12 Oktyabr 2018 09:19

Moskvanın Tver məhkəməsi xuliqanlıqda şübhəli bilinən "Zenit" və "Krasnodar"ın futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev barəsində hökm çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Kokorin və Mamayev barəsində dekabrın 8-dək təqribən iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İdmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Milli.Az