Qasırğa hərbi bazanı viran qoydu - FOTO

12 Oktyabr 2018 14:21

ABŞ-ın cənub-şərq ştatlarını vurmuş "Maykl" qasırğası ölkənin Hərbi-Hava Qüvvələrinin Floridadakı Tindall aviabazasını viran qoyub.

Milli.Az ABC-yə istinadən bildirir ki, bazadakı hərbçilərin evləri, aerodrom və təmir anqarları darmadağın olub. Limana da böyük zərər dəyib.

Aviabaza hazırda bağlı elan olunub.

"Maykl" qasırğasına görə Birləşmiş Ştatların cənub-şərqində yüz minlərlə insan təxliyə edilib, 1,1 milyon insan elektroenerjidən məhrum olub.

Qasırğa 7 nəfərin ölümünə səbəb olub. Onlardan biri Corciya ştatının sakini 11 yaşlı Sara Radnidir.

Milli.Az