Tiflisdəki görüş milyonları kövrəltdi - VİDEO - FOTO

12 Oktyabr 2018 14:30

"Corci" adlı köpək üç illik ayrılıqdan, axtarışlardan və ümidsizlikdən sonra sahibinə qovuşub. Onun sahibi, 62 yaşlı Georgi Bereziani isə kövrəlib, göz yaşlarını saxlaya bilməyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Georgi iti Corcini üç il əvvəl itirmişdi. Köpək evdən çıxmış, qayıtmamışdı. Georgi üç ildi ki, Tiflisi, sonra da Gürcüstanı dolaşır, Corcinin itməsi barədə küçələrə elanlar vurur, köpəyini arayırdı.

Amma Corci tapılmırdı.

Bu günlərdə isə Tiflisdəki Opera Teatrının əməkdaşlarından biri Georgiyə zəng vurub: "Elandakı itə bənzəyən köpək binanın qarşısındadır. Bəlkə sizin itinizdir?!"

Georgi Bereziani dərhal həmin yerə yollanıb.

Səkidə köpəyi görən kimi tanıyan Georgi kövrəlib: "Corci! Corci, əzizim! Oğlum, necəsən?! Gəl yanıma, Corci!"

İt sahibini görən kimi yerindən dik atılaraq ona tərəf qaçıb.

Qabaq pəncələrini Georginin sinəsinə qoyan Corci zingildəyib, sanki bu üç il ərzində üzləşdiyi aclıqlardan, qorxulardan, küçədəki həyatından bəhs edərək şikayətlənib.

Video sosial şəbəkələrdə yayılandan sonra Georgi və Corcinin görüşünə milyonlarla insan baxıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tiflisdəki görüş milyonları kövrəltdi