Bu ulduzu tanıyırsınız? - VİDEO - FOTO

12 Oktyabr 2018 11:46

Dünyanın ən məşhur aktrisalarından biri, britaniyalı Tilda Suinton milyonlarla insanın yanılmasına səbəb olub.

O, bir neçə müsahibəsində demişdi ki, tanınmış rejissor Luka Quadanyinonun "Suspiria" horror-filmində doktor Yozef Klemperer rolunu 82 yaşlı alman aktyor və psixoanalitik Luts Ebersdorf oynayıb.

Venesiya şəhərində keçirilmiş beynəlxalq kinofestivalda da 57 yaşlı aktrisa alman L.Ebersdorfun adından bəyanatla çıxış etmişdi.

Dünənsə bəlli olub ki, Luts Ebersdorf adlı insan, ümumiyyətlə, yoxdur.

"Ebersdorf adlı həkim və aktyor mənim uydurmamdır. Bunu etiraf edirəm. Klemperer roluna mən çəkilmişəm", - aktrisa söyləyib.

Aktrisanı qoca kişiyə "döndərən" isə qrim ustası Mark Kulyerdir.

"The Grand Budapest Hotel" filminin çəkilişlərində də qrim və vizaja rəhbərlik etmiş M.Kulyer deyib: "Tilda Suintonu qoca kişiyə bənzətmək üçün onun boynunu daha yoğun etməli, çənəsini "gücləndirməli" oldum".

Luka Quadanyionun "Suspiria" filmin italyan rejissor Dario Arcentonun 1977-ci ildə ekranlara çıxmış eyniadlı filminin motivləri əsasında çəkilib. Filmdə baş rolları Dakota Conson, Tilda Suinton, Xloya Qreys Mores və Mia Qot oynayıblar.

Milli.Az