"Maykl" 6 nəfəri öldürdü

12 Oktyabr 2018 09:05

ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli hakimiyyət dairələrinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, onlardan biri Şimali Karolina ştatında həyatını itirib.

Bundan əvvəl 5 nəfərin öldüyü məlum idi.

Milli.Az