Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi - FOTO

11 Oktyabr 2018 23:17

Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və "Zenit" klubunun hücumçusu Aleksandr Kokorin iki ay müddətinə həbs olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, futbolçu dekabrın 8-dək həbsdə qalacaq.

Qeyd edək ki, oktyabrın 8-də Kokorin və "Krasnodar" klubunun yarımmüdafiəçisi Pavel Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Sonra isə onlar Moskvadakı kafelərdən birinə gediblər və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysinlə dalaşıblar. Kokorin Paka stulla zərbə endirib.

Milli.Az