Cəlilabadda 65 yaşlı kişini qardaşı döydü

11 Oktyabr 2018 21:58

Cəlilabad rayonunda qardaşlar arasında dava düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər sakini, 1953-cü il təvəllüdlü Kazım Xankişi oğlu Fətullayev qardaşı tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qardaşlar arasında düşən mübahisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az