Arda ilə bağlı yeni və şok iddia: xəstəxanaya hücum edib, atəş açıb... - TƏFƏRRÜAT

11 Oktyabr 2018 20:34

İstanbuldakı gecə klublarından birində müğənni Berkay Şahini vuraraq burnunu qıran Arda Turanla bağlı yeni xəbərlər yayılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Kanal D"nin "Xəbər" proqramının əməkdaşlarından olan Emrullah Erdinç hadisənin dettallarını açıqlayıb.

Onun sözlərinə görə, Arda Turan Berkayın həyat yoldaşı Özləm Şahinə söz atıb. Bundan sonra tərəflər arasında küçədə dava düşüb və müğənninin burnu qırılıb. 

"Berkay burnu qırıldığından xəstəxanaya aparılıb. Arda Turan və yanındakı dostları isə əsəblərinə hakim ola bilməyərək xəstəxanaya yollanıblar. Kamera görüntülərindən də görünür ki, Arda və dostları Berkayın olduğu bölməyə gedərək dava salırlar. Ardanın əlində silah görünür və bir dəfə atəş açılır. Mərmi tavana dəyir. Mərmi polislər tərəfindən götürülərək istintaqa təhvil verilib. Onunla bağlı iki cinayət üzrə araşdırma gedəcək. Silaha görə yüz faiz cəza alacaq" deyə Emrullah Erdinç bildirib.

Arda Turan özü də olayla bağlı açıqlama verib: "O xanım (Özləm Şahin) və dostları yan masamızda əylənirdilər. Bir saat sonra Berkay gəldi. Mənə yaxınlaşıb "Kapitan səninlə sabah görüşəkmi" dedi. Mən də "Tamam Berkay, danışaq" cavabını verdim. Öncə zarafat etdiyini düşündüm. Sonra gəlib boynumdan tutdu və əsəbiləşdim. "Nə baş verir" deyib, kəllə atdım. O ana qədər niyə dava etdiyimizi belə bilmirim. Detalları Aslıhandan (Arda Turanın həyat yoldaşı Aslıhan Doğan) öyrəndim. Ona da Özləm zən edib. Eşitdiklərim məni şoka saldı. Berkayın həyat yoldaşı ilə aramızda heç bir söhbət olmayıb. 

Xəstəxanaya silahla getmişəm. Berkaya "Mən heç kimin arvadına, qızına baxmaram. Əgər bu iftıraya inanırsansa, gəl məni vur" dedim. Xəstəxanada "bir yanlış anlama olub" dedik. Xanımı və Berkayla qucaqlaşıb, hallaşaraq ayrıldıq. Səhər yuxudan oyananda Berkay və xanımının açıqlamalarını oxudum".

Milli.Az