Pentaqondan F-35-lə bağlı gözlənilməz qərar

11 Oktyabr 2018 20:10

Ötən ay F-35 qırıcısının qəzaya uğramasından sonra Pentaqon bütün F-35 qırıcılarının uçuşunun dayandırılması barədə qərar qəbul edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə F-35 proqramının sözçüsü Co Della Vedova məlumat verib.

Onun sözlərinə görə, bütün F-35-lərin yanacaq borusu yenidən yoxlanılacaq:

"Əsas məqsəd gələcəkdə baş verə biləcək qəzaların qarşısını almaqdır".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-da F-35 qırıcısı qəzaya uğramışdı.

Milli.Az