Faiq Qarayev karyerasını bitirdi, Natalya Məmmədova millidən getdi

11 Oktyabr 2018 20:48

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Milli.Az bildirir ki, bu barədə Report-a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Milli.Az