Afrikanın ən gənc milyarderi oğurlandı

11 Oktyabr 2018 20:12

Afrikanın ən gənc milyarderi Məhəmməd Duci qaçırılıb.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, 43 yaşlı Duci Tanzaniyanın Dar əs Salam şəhərində oğurlanıb. Hoteldə yerləşən fitnes zalına məşq etmək üçün gələn milyarder 2 ağdərili kişi tərəfindən qaçırılıb. Hadisə ilə əlaqədə şübhəli bilinən 3 nəfər həbs edilib.

Qeyd edək ki, "METL" şirkətinin sahibi Məhəmməd Ducinin sərvəti 1,5 milyard dollardır.

Milli.Az