Azərbaycanda əhalinin son sayı açıqlandı

11 Oktyabr 2018 18:48

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olmuşdur.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Milli.Az