Faiq Ağayevin başına tac qoydu - VİDEO

11 Oktyabr 2018 19:40

Xalq artisti Faiq Ağayev "Hər şey daxil" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı prodüser Tarix Əliyev (Tolik) müğənniyə sürpriz hazırlayıb. O, Ağayevə tac hədiyyə edib. 

F.Ağayev bildirib ki, 1996-cı ildə "Dəşti" klipində başına tac qoyub:

"Başımın tacı 30 ildir qazandığım tamaşaçımdır. Gənc yaşımda Əməkdar və Xalq artisti adını qazanmağımdır".  

Qeyd edək ki, Tolik bundan əvvəl verilişinə gələn xalq artisti Nazpəri Dostəliyeva, müğənni Damlanın başına tac qoyub. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Faiq Ağayevin başına tac qoydu